EN

Kobaxidze ölkə müsəlmanları üçün iftar süfrəsi açdı - FOTO

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin adından ölkənin müxtəlif bölgələrində yaşayan müsəlmanlar üçün iftar süfrəsi təşkil olunub.

"Unikal" xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, deputatlar, Azərbaycan, Türkiyə, İran, İraq, Qətər, Türkmənistanın Gürcüstandakı səfirləri, din xadimləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İrakli Kobaxidze çıxışında qarşıdan gələn Ramazan bayramı münasibətilə ölkə müsəlmanlarını təbrik edib. O, Ramazan ayının özünün şəfqət, sevgi, yardımsevərliliyi ilə seçilən bir ay olduğunu bildirib.

Qeyd edib ki, tarix boyu Gürcüstanda xristianlar, müsəlmanlar və digər dinlərə mənsub vətəndaşlar birgə qarşılıqlı hörmət, sülh şəraitində və mehriban yaşayıblar. Ənənə bu gün də davam edir və Gürcüstan dövləti gələcəkdə də tarixi adəti gələcək nəsillərdə yaşadacaq.

Hamımız bu ölkənin vətəndaşıyıq və ona görə də ölkəmizin inkişafı istiqamətində əlimizdən gələni əsirgəməməliyik”.

Daha sonra çıxış edən Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze Gürcüstanda yaşayan müsəlmanların son illərdəki dini vəziyyəti ilə bağlı məlumat verib. O, dövlətin müsəlmanlara və digər ənənəvi dinlərə diqqət və dəstəyindən danışıb.

Gürcüstan Müsəlmanlar İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev, Qərbi Gürcüstanın müftisi Adəm Şantadze, Şərqi Gürcüstanın müftisi hacı Etibar Eminov da çıxış edərək ölkədə İslam dininə göstərilən diqqət, hörmət və etimada görə hökumət başçısına təşəkkür ediblər.

Onlar Ramazan ayı boyunca ölkənin müsəlmanlar yaşayan bütün bölgələrində dövlət tərəfindən təşkil olunan iftar süfrələrinə görə də baş nazirə minnətdarlıqlarını bildiriblər.

Chosen
210
50
Sources
Comment ()
Close

Rating

Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14769
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
14607
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
14593
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
12325
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
10726
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
8778
"Zaur, yenə çaşdın..." - VİDEO
7618
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5721
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
4633
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4219
Elçin boşandığını etiraf etdi - FOTOLAR
4217
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
3991
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
3916
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3668
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3084
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3080
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2843
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2822
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2682