EN

Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı

Erməni millətçiləri tərəfindən zamanla Azərbaycan xalqına qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirlmişdir ki, burada da məqsəd mifik  “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək cəhdləri olmuşdur. Məhz bu səbəbdən xalqımızın başına gətirilən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında törədilən kütləvi qırğınlardır. Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakini məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirmişlər. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirərək Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər. 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Azərbaycanın müxtəlif bölgələrində Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmişdilər. Törədilən soyqırımında “Daşnaksutyun” partiyası xüsusi can-fəşanlıqla iştirak etmiş, çoxlu sayda tarixi, dini və mədəni abidələr də yerlə yeksan edilmişdir.

1918-ci ilin mart  soyqırımları Şamaxı və Qubada xüsusi amansızlıq və qəddarlıqla törədilmiş, insanlar kütləvi halda qətlə yetirilmişlər. Qubada kütləvi məzarlıqda aşkarlanan insan skletləri insanların işgəncələrlə öldürüldüyünü əyani şəkildə sübut edir.

1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Həmin Fərmana  əsasən martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Ulu Öndər Heydər Əliyevin imzaladığı Fərmana əsasən soyqırımı tarixinin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanmış, Quba şəhərində kütləvi məzarlıq aşkarlanmışdır.

1918-ci ilin mart-aprel ayında Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində 3,5 hektar ərazidə “Soyqırımı memorial kompleksi” yaradılmış və ölkə başçısı 18 sentyabr 2013-cü ildə kompleksinin açılışında iştirak etmişdir. Prezident cənab İlham Əliyevin erməni faşizminin ifşasına və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edən təşəbbüsləri bununla yekunklaşmır. Həmçinin 2018-ci il yanvarın 18-də Prezident cənab İlham Əliyev tərəfindən “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam da imzalamışdır.

Əlişah Rəcəbov,

YAP Ağdaş rayon təşkilatının sədri

 

Chosen
31
50
Sources
Comment ()
Close

Rating

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
15805
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
15549
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15297
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13177
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
11745
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9398
"Zaur, yenə çaşdın..." - VİDEO
7801
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5954
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
5727
Elçin boşandığını etiraf etdi - FOTOLAR
4984
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4829
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4371
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4173
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4017
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3208
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3187
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2944
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2931
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2775