EN

Qərb əhlükəli 5 aprel görüşünə yeni ideya fonu verdi - "ERMƏN6STANIN İQTİSADİ MÜQAVİMƏTLİLİYİNİN ARTIRILMASI"....

Image

"Aprelin 5- də Brüsseldə üçtərəfli ABŞ- Avropa Komissiyası- Ermənistan görüşünün hədəfləri və doğuracağı nəticələr ətrafında müzakirələr geniş vüsət alıb. ABŞ- ın dövlət katibi Blinkenin "konkret müzakirə mövzuları barədə indidən danışmaq tezdir" açıqlamasından sonra Blinken- Paşinyan- Ursula fon der Lyayen görüşünə maraq daha da artıb. Təbii suallar yaranır : "Görüşün təşkilatçıları onun təfsilatları ilə bağlı qeyri- müəyyınliyin qalmasında niyə belə maraqlı görünürlər"?..."
Bu fikirləri  “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində paylaşıb. A.Quliyev yazır: "Görüş formatının hər 3 tərəfinin Azərbaycanla bu günkü münasibətlərini nəzərə alsaq, Azərbaycanın daha maraqlı və daha həssas tərəf olduğunu hər kəs qəbul etmək zorundadır. Necə yəni, bizim taleyimizin bizsiz müzakirə olunduğu bir formata necə həssas olmaya bilərik?!
 Azərbaycan XİN gözlənilən görüşə dərhal reaksiya verdi. Bəyanat yayaraq görüşün  bölgəmizdə sülh və təhlükəsizlik baxımından inklüziv olmadığını, Ermənistanı sabitlik əleyhinə addımlara şirnikləndirəcəyini, gözlənilən neqativ nəticələr üçün məsuliyyətin Ermənistanın və onun bu format üzrə tərəfdaşlarının üzərinə düşəcəyini  bəyan etdi .. Dəqiq mövqedir. Rusiyanın XİN başçısı Lavrov da kəskin reaksiya verdi. "Onlar bölgəyə sülh gətirmək yox, sabitliyi pozmağı hədələyiblər." dedi.
İran Yerevandakı səfirin dili ilə ümumi, qorxaq , müqəssiri dəqiq göstərməyən bəyanatla kifayətləndi ."Zaqafqaziya regionuna Qərb qüvvələrini gətirmək sabitliyə ziyan vuracaq" dedi.Guya İran bilmir və fərqinə varmır ki, bölgəyə Qərbi gətirən Ermənistandır ?!...
Ermənistan XİN- in reaksiyası özünə bəraət xarakterli oldu və bu belə də gözlənilirdi." Bu 3- cü ölkələrə qarşı çevrilməyib, bölgədə sülhün əleyhinə deyil " və sair kimi nağıllar eşidildi. Dünən ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Millerin reaksiyası narahatlıqları daha da artırdı." Azərbaycanın vu görüşü inklüzivlikdən uzaq sayması ilə razı deyilik.Bu görüş İQTİSADİ MÜQAVİMƏTLİLİYİ "  artırmaqla Ermənistanın ticarətini diversifikasiya etmək və humanitar tələbləri daha yaxşı ödəmək məqsədi güdür" kimi bəyanat səsləndirdi .
Bu artıq görüş ətrafında yeni və daha təhlükəli ideoloji - informativ fon yaratmaq cəhdidir.Hər kəs 5 aprel görüşünün Ermənistanı silahlandlrmaq, yeni hərbə hazırlamaq yolunda mərhələ açacağını söylədiyi halda, ABŞ- dan yeni formul gəlir. Siz deməyin hər şey heç də hərblə yox, Ermənistanın iqtisadi gücləndirilməsi və müqavimətliliyinin artırılması ilə bağlı imiş. Çox təəssüf ki, Millerin bəyanatında Ermənistanın sülhə təşfiq ediləcəyi ilə bağlı eyhama rast gəlinmədi. Bu da şübhələri artıran məqamlardan birinə çevrilir. 5 aprel görüşünün arxasında hərbi- təcavüz niyyətlərinin olduğu qətiləşir..."

Mətləb Salahov






Chosen
92
50
Sources
Comment ()
Close

Rating

“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3360
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3208
Bu yol qovşağında təmir işləri aparılacaq
2659
Bakıda hoteldə yanğın başlayıb
2280
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1380
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1376
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1244
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1231
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1071
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1055
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
879
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
836
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
801
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
781
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
761
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
743
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
734
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
718
Sabah 5 kəndin qazı kəsiləcək
691
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
671