EN

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO

“Hazırda Günəşin aktivliyinin 11 illik tsiklinin maksimum pilləsi müşahidə olunur. 2025-2026-ci illərdə bu aktivliyin daha da çoxalması ilə əlaqədar Günəşdə alışmaların, ləkələrin sayının, tac kütlə atılmalarının artması müşahidə oluna bilər. Günəşdə baş vermis hadisələr Yerə təsirsiz ötüşmür: radiasiya artır, radiodalğaların yayılmasında maneələr yaranır, kosmik peyklərin işində, eləcə də insanların həyat və fəaliyyətində dəyişikliklər müşahidə olunur. Bu hadisələr bəzi xəstəliklərin artmasına, yol nəqliyyat hadisələrində qəzaların baş verməsinə gətirir, müxtəlif yaş sinfinə aid qruplarda davamiyyətə təsir edir”.
 
Moderator.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin “Günəş aktivliyinin tədris göstəricilərinə təsiri” mövzusunda elmi seminarında  bildirilib. Fakültənin III kurs tələbəsi Könül Əhmədova mövzu ilə bağlı məruzəsində qeyd edib ki, tədqiqatlar çərçivəsində BDU-nun Fizika fakültəsinin və digər təhsil müəssisələrinin 150-yə yaxın tələbəsi arasında sorğu aparılıb, onların Günəşin Yerə təsiri, maqnit qasırğaları haqqında bilgiləri öyrənilib. Fakültədə bakalavriatura səviyyəsini əhatə edən bütün kurslar üzrə 120 qrupun tədris göstəriciləri, davamiyyəti, imtahanlarda müvəffəqiyyət və keyfiyyət göstəriciləri təhlil edilib. 2017-ci ildən toplanan materiallar verilənlər bazası kimi istifadə edilərək 2020-ci ilədək olan materiallar əsasında bu göstəricilər üçün reqressiya ifadələri alınıb. Alınan ifadələr sonrakı illər üçün yoxlanaraq davamiyyət, müvəffəqiyyət və keyfiyyət göstəricilərinin real qiymətləri, reqressiya ifadələrindən alınan qiymətlər Günəş aktivliyini göstərən ləkələrin sayı, C, M və X sinif alışmaların sayından asılılıq diaqramları ilə verilib. Alınan diaqramlar 2023-2024-cü tədris ilinin payız sessiyasının göstəricilərinə tətbiq olunub, göstəricilərin bu parametrlərdən asılılığı müəyyən edilib. Məlum olub ki, Günəşdə ləkələrin sayı artdıqca davamiyyət göstəricisi kimi qaiblərin sayı artır, imtahan sessiyasında nəticələr dəyişir. Ləkələrin sayı ilə keyfiyyət göstəriciləri demək olar ki, eyni dəyişmə sürətinə malik olur. Tələbələrin tədris göstəricilərinə təsir edən amillərin (sosial vəziyyət, mənimsəmə faizi, fiziki parametrləri, məişət şəraiti, təhsil almasını dəstəkləyən mühitin olması, müxtəlif xəstəliklər, ətrafda baş verən hadisələr və s.) bir qismi Günəş aktivliyindən asılıdır.
 
Mövzu rəhbəri, dosent Mirnamik Bəşirov tədqiqata cəlb edilmiş məsələnin aktuallığını vurğulayıb və Günəş aktivliyi haqqında tələbələrə geniş məlumat verib.
 
Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.
Chosen
93
27
Sources
Comment ()
Close

Rating

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
17304
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
16927
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16059
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
14335
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
13333
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10051
Çingiz Mustafayevin toyudur - FOTOLAR
9252
"Zaur, yenə çaşdın..." - VİDEO
8164
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
7121
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6810
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
6508
Minimum əmək haqqı nə qədər arta bilər?
6359
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5855
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5641
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4832
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4527
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4511
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi - FOTO
3458
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3430