EN

"Xalq Həyat Sığorta" bir qədər də böyüyüb - GƏLİRLƏRİ VƏ MƏNFƏƏTİ ARTİB

“Xalq Həyat Sığorta" şirkəti 2023-cü il üzrə maliyyə hesabatını açıqlayıb.

FED.az xəbər verir ki, sığorta şirkəti ötən ili 1 milyon 983 min manat xalis mənfəətlə burub. Xalis mənfəətin həcmi son bir il ərzində 159 min manat və ya 9% artıb. Xatırladaq ki sığorta şirkəti 2022-ci ili 1 milyon 824 min manat mənfəətlə başa vurmuşdu.

Hesabat dövründə şirkət 620 min manat mənfəət vergisi ödəyib ki, bu da illik müqayisə ilə 164 min manat, başqa sözlə 36% çoxdur.

“Xalq Həyat Sığorta" şirkətinin birbaşa sığorta üzrə yığımları 10 milyon 195 min manat, investisiya gəlirləri 1 milyon 868 min manat, cəmi gəlirləri isə 10 milyon 687 min manat təşkil edib.

Əvvəlki illə müqayisədə birbaşa sığorta üzrə yığımları 1 milyon 820 min manat (22%), investisiya gəlirləri 147 min manat (9%), cəmi gəlirləri isə 4 milyon 166 min manat (64%) artıb.

Bu dövrdə sığorta şirkətinin əsas əməliyyat xərcləri üzrə verilmiş sığorta ödənişləri 3 milyon 842 min manat, qaytarılan sığorta haqları 563 min manat, təkrarsığortaya verilmiş sığorta haqları 459 min manat, sair əməliyyat xərcləri 135 min manat, işlərin aparılması xərcləri 3 milyon 97 min manat, cəmi xərcləri 8 milyon 96 min manat, əməliyyat mənfəəti 2 milyon 592 min manat təşkil edib.

İllik müqayisədə verilmiş sığorta ödənişləri 3 milyon 422 min manat (9,1 dəfə), qaytarılan sığorta haqları 2 min manat, təkrarsığortaya verilmiş sığorta haqları 82 min manat (22%), işlərin aparılması xərcləri 355 min manat (13%), cəmi xərcləri 3 milyon 847 min manat (91%), əməliyyat mənfəəti 320 min manat və ya 14% artıb.

 

“Xalq Həyat” Sığorta şirkəti ötən il 31 milyon 665 min manat aktivlərə malik olub. Aktivlər son bir il ərzində 4 milyon 189 min manat və ya 15% artıb.

Öhdəliklər isə 2 milyon 207 min manat və ya 22% artaraq 12 milyon 406 min manata yüksəlib.

Balans kapitalı isə 19 milyon 260 min manat təşkil edib. Bu illik müqayisədə 1 milyon 984 min manat və ya 11% çoxdur.

Bölüşdürülməmiş mənfəətin həcmi 1 milyon 983 min manat və ya 87% artaraq 4 milyon 260 min manata yüksəlib.

Nizamnamə (səhmdar) kapitalı isə dəyişməyib və 15 milyon manat olaraq qalıb.

image

image

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
59
2
fed.az

7Sources