EN

Mirzoyan: KTMT Ermənistanın sərhədlərini tanımır

Rusiyada suayırıcı dambanın uçması nəticəsində su altında qalan Orsk şəhərində vəba, dizenteriya və salmonellyoz epidemiyası baş qaldıra bilər.

Bu barədə Rusiya Dövlət Təhsil Universitetinin tibb fakültəsinin müəllimi, cərrah Aleksandr Umnov NEWS.ru-ya müsahibəsində bildirib.

“Daşqın səbəbindən fekal-oral yolla ötürülən və əksər hallarda mədə-bağırsaq traktı orqanlarına təsir edən xəstəliklərin yayılması mümkündür. Məsələn, vəba, dizenteriya, salmonellyoz, rotavirus infeksiyası. Üstəlik, su basmış binalarda kif əmələ gələ bilər ki, bu da bəzi evləri yaşayış üçün yararsız hala sala və ya əsaslı təmir tələb edə bilər”, - deyə Umnov əlavə edib.//Oxu.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
265
36
Sources
Comment ()
Close