Naxçıvan, 17 aprel, AZƏRTAC
Yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında 1559 yeni vergi ödəyicisi qeydiyyata alınıb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, həmin ödəyicilərn 1467-si fiziki, 92-si hüquqi şəxs və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 8,2 faiz artıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.