EN

Cənubi Koreya Ordusu da hərbi təlimlərə başladı

Cənubi Koreya Ordusu Şimali Koreya ilə sərhəddə yerləşən Çeorvon bölgəsində artilleriya hərbi təlimləri keçirib.

Demokrat.az
xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

Bildirilib ki, Cənubi Koreya Ordusunun hərbi təlimlərinə dəniz piyadaları da qatılıb. 

Təlim Şimali Koreya ilə sərhəddə yerləşən Çeorvon bölgəsində keçirilib.

Artilleriya təliminin məqsədi quru və hərbi dəniz qüvvələri arasında əməkdaşlığı gücləndirmək olub. 

Təxminən 450 nəfər əsgərin iştirakı ilə keçirilən təlimin Şimali Koreya təhdidinə qarşı çəkindirmə qabiliyyətini artırmaq üçün təşkil edildiyi deyilir.


Aysu
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
83
Sources
Comment ()
Close