EN

Tokayev: Bizə öz gündəmlərini sırımağa çalışırlar

Sosial şəbəkələrdə Qazaxıstan dövlətçiliyinin əleyhdarları yalan məlumatlar yaymaqla öz gündəmlərini sırımağa çalışırlar.

Axar.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib.

“Qazaxıstan dövlətçiliyinin əleyhdarları populyarlıq axtarışında boş oturmur, yalan məlumatlar yayaraq sosial şəbəkələrdə öz dağıdıcı gündəmlərini sırımağa çalışırlar. Bu baxımdan dövlət faktlara diqqət yetirməli və yalnız təsdiqlənmiş məlumatlara etibar etməlidir”, - o bildirib.

Tokayevin sözlərinə görə, qazax xalqı cəmiyyəti parçalaya biləcək istənilən hərəkətin qarşısını almalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
35
Sources
Comment ()
Close