EN

Berlində iqlim dəyişiklikləri dialoqu Almaniya-Azərbaycan münasibətlərinin yeni istiqamətidir - RƏY

Berlində iqlim dəyişiklikləri ilə bağlı keçirilən dialoq Almaniya-Azərbaycan münasibətlərinin yeni bir istiqaməti hesab etmək olar və bu, olduqca müsbət dəyələndirilməli hadisədir.

Bunu "Report"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, "15-ci Petersberq İqlim Dialoqu" Almanya və Azərbaycan arasında daha da sıx iqsadi-siyasi əlaqələrin qurulmasına şərait yaradacaq:

"Bu ilin noyabrında Bakıda 160-dan çox ölkənin nümayəndələrinin iştirakı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Son vaxtlar dünyada gədən proseslər, "yaşıl enerji" məsələsinə diqqətin artırılması, belə vacib tədbirin isə məhz Azərbaycanda keçilməsi ölkəmizin beynəlxalq nüfuzuna daha da müsbət təsir edəcək. "Yaşıl enerji"yə keçidlə əlaqədar Azərbaycanın gördüyü tədbirlər və bu istiqamətdə dövlət başçısının xüsusi rolu mütləq qeyd edilməlidir. Çünki təşəbbüslər, həyata keçirilən layihələr, bu sahəyə ciddi maliyyə ayrılması məhz dövlət başçısının qətiyyətinin və zəhmətinin məhsuludur".

Deputat Almaniyanın Avropa İttifaqındakı güclü dövlətlərdən biri olduğunu söyləyərək bu dövlətin iqtisadi üstünlüyü və nüfuzunun Azərbaycana da imkanlar vəd etdiyini vurğulayıb:

"Çox böyük iqtisadiyyatı və geniş elmi-texnoloji imkanları olan Almaniya ilə aparılan danışıqlarda da iqtisadi əlaqələrin, əməkdaşlığın gücləndirlməsi məsələlərinə toxunulub. Prezident İlham Əliyev Azərbaycanda aparılan islahatlar, Qarabağdakı quruculuq işləri ilə bağlı geniş məlumat verib, jurnalistlərin suallarını cavablandırıb. Hesab edirəm ki, müəyyən çətinlikləri olsa belə, Azərbaycanla Almaniyanın iqtisadi əlaqələrinin möhkəmlənməsi, genişlənməsi ölkəmizin iqtisadi, ictimai, siyasi həyatına müsbət təsirini göstərəcək".

Vahid Əhmədov
Vahid Əhmədov

V.Əhmədov bildirib ki, dövlətlər arasında bu cür ikitərəfli görüşlərin, dialoqların sıx təşkil edilməsi beynəlxalq münasibətlərin qurulmasında mühüm rol oynayır:

"Bu cür ikitərəfli görüşlər dövlət başçıları, hökumət üzvləri, parlamentlər, iqtisadi və siyasi qurumlar arasında keçirilə bilər. Azərbaycan və Almaniya münasibətləri də bu səpkidə yanaşdıqda kifayət qədər yüksək səviyyədə qurulub, inkişaf mərhələsinə çatdırılıb. Azərbaycan müxtəlif sahələrdə Almaniya təcrübəsindən istifadə edir, daxili istehsalı, ixrac qabiliyyətini və iqtisadi potensialını artırmaq üçün əməkdaşlıq şəraitində fəaliyyətə çalışır".

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri baş tutdu və Berlin şəhərində Azərbaycanla birgə "15-ci Petersberq İqlim Dialoqu" keçirildi. Eyni zamanda Azərbaycan liderinin Almaniya Federal Kansleri Olaf Şolts ilə ikitərəfli görüşü oldu. Azərbaycan və Almaniya rəhbərləri görüşdən sonra birgə mətbuat konfransında çıxış etdilər, jurnalistlərin suallarını cavablandırdılar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
110
50
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22740
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14348
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
12167
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11289
Helikopterin qalıqları tapılıb
8460
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7867
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6834
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6637
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5100
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4199
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4046
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3668
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3497
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2759
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
2365
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2052
Azərbaycan nefti ucuzlaşdı
1581
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1564
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1326
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1320