EN

“Bank Respublika” ABŞ-də Azəbaycanın ilk bankçılıq missiyasında iştirak edib

Aprelin 22-dən başlayaraq, Azərbaycan Bankçılıq Missiyası bank və maliyyə sektorlarına dair təcrübə mübadiləsi məqsədilə Amerika Birləşmiş Ştatlarına (ABŞ) ilk işgüzar səfərini həyata keçirib.

Bu missiya, Azərbaycan Mərkəzi Bankı (AMB) və "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin rəhbər nümayəndələrinin, bir sıra bankların sədrlərinin, o cümlədən “Bank Respublika” ASC-nin Müşahidə Şurasının sədri Şakir Rəhimovun iştirakı ilə reallaşıb.

Missiyanın əsas məqsədi ABŞ və Azərbaycan arasında maliyyə sahəsində əməkdaşlığı gücləndirməkdir.

ABŞ-Azərbaycan Ticarət Palatasının ("AmCham") təşkilati dəstəyi ilə səfər çərçivəsində ABŞ Dövlət Departamentində və digər dövlət təşkilatlarında, maliyyə qurumlarında görüşlər keçirilib.

ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) Baş qərargahında "DFC maliyyələşdirməsinə əlçatanlıq: qaydalar və tənzimləmələr" mövzusunda ikitərəfli görüş keçirilib. Tədbir zamanı DFC ilə gələcək əməkdaşlıq imkanları, qurumun maliyyələşdirməyə maraqlı olduğu prioritet sahələr müzakirə edilib.

Azərbaycan bankçılıq missiyasının növbəti görüşlərində "Exim Bank" və "Bank of New York Mellon" (BNY Mellon) kimi nüfuzlu qurumlarla əməkdaşlıq imkanları və iş birliyi sahələri müzakirə olunub. Görüşlərdə bankların təcrübələri, mümkün risklərin idarə edilməsi, komplayns məsələləri və süni intellektin bank əməliyyatlarında tətbiqi haqqında məlumatlar paylaşılıb.

“Bank Respublika” 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumlarından biri olan - "Sparkassen International Development Trust" ("Sparkassen-Finanzgruppe" maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə - "Stabil" proqnozlu "B2" reytinqinə ("Moody's") malikdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
89
50
Sources
Comment ()
Close

Rating

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
37851
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24196
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
19116
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14870
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
13872
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11624
Helikopterin qalıqları tapılıb
11116
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7802
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6863
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6465
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5703
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5443
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4734
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4339
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3850
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3369
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3256
Abdullahianın cəsədi tapıldı - FOTO
2978
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2370