EN

Husilər ABŞ-nin 30 milyon dollar dəyərində olan "MQ-9" PUA-sını vurublar

Husilər ABŞ-nin dəyəri 30 milyon dollar (50 milyon manat) olan "MQ-9 Reaper" pilotsuz uçuş aparatını (PUA) vurublar.

Bu barədə Yəmənin "Ənsar Allah" (husilər) hərəkatının nümayəndəsi Yəhya Sarı məlumat verib.

Qeyd edək ki, bu, noyabr ayından bəri vurulan üçüncü "MQ-9 Reaper" aparatıdır.
Husilər, həmçinin Qırmızı dənizdə Britaniyanın "Andromeda Star" neft tankerinə raketlərlə hücum etdiklərini bildiriblər.(oxu.az)


BiG.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
39
44
Sources
Comment ()
Close