EN

Milli Müdafiə Universitetində Pakistanın hərbi təhsil üzrə nümayəndələri ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Hərbi HavaQüvvələrinin Hərbi Akademiyasının rəhbər heyəti və bir qrupdinləyicisi Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetiniziyarət ediblər.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, qonaqlara 44 günlükVətən müharibəsində qazanılan şanlı qələbədən sonra AzərbaycanRespublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanıcənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda hərbitəhsil sahəsində aparılan islahatlar, tətbiq olunan texnolojiyeniliklərdən danışılıb.

Pakistan nümayəndə heyətinə Milli Müdafiə Universitetininyaranma tarixi, təhsil sistemi və tədris prosesi, eləcə də elmifəaliyyəti haqqında brifinq təqdim olunduqdan sonra onlarımaraqlandıran suallar cavablandırılıb.

Görüşdə hərbi təhsil ilə bağlı qarşılıqlı maraq doğuran bir sıraməsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

Milli
Milli
Milli
Milli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
39
14
Sources
Comment ()
Close