EN

"Caspian Cable Systems" işçi axtarır - MAAŞ 800-900 MANAT - VAKANSİYA

Caspian Cable Systems

Aparıcı mühasib

Son tarix 26 may 2024 - [email protected]

Vəzifə öhdəlikləri:

  • Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq ciddi hesabat sənədləri, maliyyə-iqtisadi əməliyyatları üzrə sənədləşməni rəsmiləşdirir və icra edir.
  • Müəssisənin vergi öhdəliklərinin qorunması, uçot əməliyyat işlərinin həyata keirilməsində baş mühasibin tapşırıqlarına əməl edir.
  • Zavod üzrə bütün kassa əməliyyatlarının həyata keçirilməsi
  • Zavod üzrə bütün alışların uçotunun aparılması
  • Zavod üzrə bütün xərclərin uçotunun aparılması
  • Müştərilərlə müqavilənin bağlanmasına yardım etmək (ehtiyac olduqda)
  • Digər mühasib tərəfindən tərtib olunmuş hazır elektron qaimənin göndərilməsi
  • Tədarükçü tərəfindən göndərilən qaiəmələri real anbarla müqaisə edib təsdiqlətmək
  • Ümumi mühasibatlıqla bağlı alışları proqram təminatına qeyd etmək
  • Rəhbərliyin təsdiqi ilə pul köçürmələrini və pul daxil olma hərəkətlərini həyata keçirmək
  • Zavod üzrə əməkdaşlarının əmək haqqı tabelinin hazırlanması, davamiyyət və əlavə iş saatlarını dəqiqləşdirməklə.
  • Əlavə iş saatlarının istehsal rəhbəri ilə dəqiqləşdirilməsi və təsdiqlənməsi
  • Rəhbər tərəfindən tapşırılan digər işləri görmək

Təhsil tələbləri: Bakalavr

Staja dair tələb: Ən azı 1-3 il

İxtisas səriştələri:

  • Diqqətlilik
  • Məsuliyyətlilik
  • Operativlik
  • Dəqiqlik

Kompüter biliklərinə dair tələblər:

  • MS Office
  • Outlook

Dil bilikləri: Azərbaycan dili

İş şərtləri: 

  • 5 günlük iş qrafiki/saat 09:00-dan 18:00-a qədər
  • Əmək haqqı: 800-900 AZN.
  • İş yeri Abşeron rayonu Qobu qəsəbəsi ərazisində yerləşir.
  • Nahar və Servis Şirkət tərəfindən təmin olunur 

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “Aparıcı mühasib” yazaraq göndərmələri xahiş olunur. 

Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
41
Sources
Comment ()
Close