Fransa Ukraynaya Xarici legiondan öz əsgərlərini göndərmədi .
Bu barədə Fransa Xarici İşlər NazirliyiX sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində məlumat verib.
“Fransanın Ukraynaya dəstəyi ilə bağlı dezinformasiya kampaniyaları səngimək bilmir. Xeyr, Fransa Ukraynaya qoşun göndərməyib”, - XİN-in bəyanatında deyilir.
Nümunə olaraq, nazirlik nəşrə Ukrayna münaqişəsində iştirak etmək üçün Xarici legion hərbçilərinin göndərilməsi ilə bağlı qırmızı xətlərlə kəsilmiş media xəbərlərinin nümunələrini əlavə edib.