EN

Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi

Bakıda 84 yaşlı kişi bərbərxanada saçını kəsdirərkən dünyasını dəyişib. 

Qaynarinfo-nun məlumatına görə, 1940-cı ildə Bakı şəhərində doğulmuş mərhum Arif Məmmədov Dağüstü qəbirstanlığında dəfn olunub. 

Mərhumun ölümü evdə baş vermədiyindən müvafiq qurumlar tərəfindən ölümünün qeydə alınmasından imtina edilib və iş məhkəməyə göndərilib. 

Məhkəmədə şahid qismində bərbərin izahatı alınıb. O, bildirib ki, bərbərdir, mərhum Arif Məmmədovla qonşu olub. Səhər saat 11.00 radələrində saçını kəsdiyi zaman Arif Məmmədov qəflətən vəfat edib. 

Məhkəmənin qərarı ilə, Arif Məmmədovun Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilib. 

Əhməd

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
213
17
Sources
Comment ()
Close