EN

Havaya atəş açan suriyalılar deportasiya edilib


Konyanın Ereğli rayonunda boş tapança ilə havaya atəş açan, sərxoş vəziyyətdə olan və müxtəlif cinayətlərin qeydləri olan 4 Suriya vətəndaşı deportasiya olunmaq üçün İl İmmiqrasiya İdarəsi Müdirliyinə təhvil verilib.

Ednews sozcu.com-a istinadən xəbər verir ki, Ereğli  Təhlükəsizlik Müdirliyi qruplarına dünən Toros rayonunda silah səslərinin eşidildiyi barədə məlumat daxil olub. 

Bunun üzərinə qruplar ünvana gedərək Suriya vətəndaşı olan 4 nəfərin boş tapançadan havaya atəş açdığını müəyyən ediblər. 

Sərxoş vəziyyətdə olduğu və müxtəlif cinayətlərin qeydləri olan 4 nəfər “ümumi təhlükəsizliyə qəsdən təhlükə törətmək” maddəsi ilə saxlanılıb. 

Polis bölməsindəki əməliyyatlardan sonra 4 nəfər deportasiya olunmaq üçün İl İmmiqrasiya İdarəsinə təhvil verilib.  

 

Xəyal Ramiz 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
40
ednews.net

1Sources