Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, saxlanılanların sayı 10 nəfərdir.
Bundan başqa, 5 “Kalaşnikov” avtomatı, 3 ov tüfəngi, 5 daraq və 81 ədəd patron vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib. Mülki axtarışda olan 18, müxtəlif cinayət törətdikləri üçün barələrində axtarış elan edilən 8 şəxs saxlanılıb.
Soyuq silah hesab edilən kəsici-deşici alətlərin satışına qarşı keçirilən tədbirlər zamanı 8 obyektdən xəsarət yetirmək təyinatına malik satışı nəzərdə tutulan 312 ədəd bıçaq aşkar olunaraq götürülüb.
Telegram kanalımız