EN

Radevin Azərbaycana səfəri xarici mətbuatda

Bolqarıstanın və Rumıniyanın qabaqcıl mediası, qəzet və televiziyaları Prezident Rumen Radevin Azərbaycana səfərini geniş işıqlandırıblar.

 

Modern.az xəbər verir ki, BGNES xəbər agentliyi, AGERPRES milli xəbər agentliyi, BTA, 24 chasa, Dir.bg, Bursa.ro və digər nüfuzlu media qurumlarının məqalələrində xalqlarımız və ölkələrimiz arasında sıx münasibətlərin olduğu, siyasi dialoqun səviyyəsinin əməkdaşlığın inkişafı üçün yaxşı şərait yaratdığı qeyd edilib.

 

Bildirilib ki, Azərbaycan və Bolqarıstan arasında daşımalar, nəqliyyat dəhlizinin yaradılması ilə bağlı çox böyük potensial var. Həmçinin TANAP və TAP layihələrinə də xüsusi yer ayrılıb. İyun ayından başlayaraq Bakı ilə Sofiya arasında birbaşa uçuşların həyata keçirilməsinin başlanmasının iki ölkə arasındakı əlaqələri daha da möhkəmləndirəcəyi qeyd olunub. (Azərtac)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
125
3
modern.az

4Sources