Bakı. Trend:
10 may 2024-cü il, Bakı – Bu gün Azərbaycan xalqının Ümummillilideri Heydər Əliyevin anadan olmasından 101 il ötür.
“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi dünyaşöhrətli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin memarıHeydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədarolaraq Fəxri xiyabanı ziyarət ediblər.
Ziyarətçilər Ulu öndərin məzarı üzərinə əklil və gül dəstələriqoyaraq dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yadediblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın daxatirəsi ehtiramla yad edilib, məzarı üzərinə güllər düzülüb.