RU

Axtarışda olan 64 nəfər TUTULDU - STATİSTİKA

Dekabrın 16-17-də ölkə ərazisində qeydə alınan 108, əvvəlki dövrlərdən bağlı qalan 22 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 64, o cümlədən borclu şəxs qismində axtarışda olan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 41 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 86 nəfər saxlanılıb.

Bizim.Media

Избранный
601
30
Источники
Комментарий ()
Закрывать