RU

Qarabağda peşə hazırlığına dəstək

Məşğulluq Agentliyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Dövlət Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində “Əhalinin peşə hazırlığının təşkili” mövzusunda “dəyirmi masa” təşkil edilib. Tədbir Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəliyi və Şuşa rayonunda Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilib. 
Bu barədə Əmək və Əhalinin So­sial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən XQ-yə verilən xəbərdə bildirilir. Qeyd edi­lir ki, tədbirdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Ha­cıyev, Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Elşad İsgəndərov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Kənd Təsərrüfatı Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, digər dövlət qurumlarının və özəl tədris müəssisələrinin nümayəndələri iştirak edib. 
M.Abbasbəyli belə tədbirlərin işğal­dan azad olunan bölgələrə köçürülən vətəndaşların məşğulluğunun təminatın­da mühüm dəstək olduğunu vurğulayıb. Qeyd olunub ki, ilk mərhələdə müvafiq işçi qrupu işğaldan azad olunan əraziləri­mizə qayıdışı planlaşdırılan 311 min şəx­sin təhlilini (demoqrafik, məşğulluq və so­sial göstəricilər) həyata keçirib. Qayıdış prosesində 256 işəgötürənlə görüş keçi­rilib, işçi qüvvəsinə olan tələbat öyrənilib, köçürülən sakinlərdən artıq 1495 şəxsin məşğulluğu təmin edilib, 979 nəfərin isə məşğulluğunun təmin olunması istiqamə­tində işlər davam etdirilir. Özəl sektorla əməkdaşlıq nəticəsində bu işlərin əhatəsi getdikcə genişlənir. Həmçinin əsas prio­ritetlərdən biri həmin ərazilərdə ehtiyac olan peşələrə dair tələbləri öyrənmək və gələcəkdə bu peşələr üzrə kurslar təşkil etməkdir. Bu sahədə özəl sektorla əmək­daşlığa xüsusi önəm verilir.
Tədbir iştirakçılarına işğaldan azad olunan ərazilərə köçürülən sakinlərin yeni peşələrə yiyələnməsi üçün Agent­liyin həyata keçirdiyi və təşkili planlaş­dırılan peşə kursları barədə məlumat verilib. Bildirilib ki, ilkin mərhələdə həmin ərazilərdə 12 min şəxsin peşə hazırlığı­na cəlbi nəzərdə tutulub. Ötən il Bərdə­də açılışı olan Qarabağ Regional Peşə Hazırlığı Mərkəzi bu sahədə mühüm rola malikdir.
Mərasimdə özəl tədris müəssisələ­rinin işğaldan azad edilmiş ərazilər üzrə peşə hazırlığının təşkili prosesinə cəlb edilməsi, onların bu sahədə səmərəli fəa­liyyətinin təşkili məsələləri, habelə iştirak­çıların təklifləri müzakirə olunub.
Nazirlikdən, həmçinin bildirilib ki, Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərimizdə işsiz və işax­taran şəxslərin peşə hazırlığının təşkili istiqamətində tədbirlərini də davam et­dirir. Həmin ərazilərdə özəl tədris müəs­sisələri ilə birgə peşə kurslarının təşkili məqsədilə onların mövcud infrastruktur və şəraitlə tanışlığı üçün agentliyin Bər­də şəhərindəki Qarabağ Peşə Hazırlığı Mərkəzinə və Xankəndi şəhərinə infoturu təşkil olunub.
Özəl tədris müəssisələrinin nümayən­dələri Qarabağ Peşə Hazırlığı Mərkə­zində işaxtaran və işsiz şəxslərin əmək bazarının tələbatına uyğun peşələrə yiyələnməsi üçün yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, ötən ilin avqust ayında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan mərkəzdə 48 peşə istiqaməti üzrə tədrisin təşkili üçün imkanlar yaradılıb. Qeyd edilib ki, müəssisədə dərzi, tikişçi, dizayner, aşpaz, ofisiant, bərbər, vizajist, çilingər, dülgər, tornaçı, xarrat, mebel us­tası, rəngsaz, qaynaqçı, informasiya tex­nologiyaları və s. istiqamətlər üzrə tədris aparılır. Burada 7 emalatxana, 8 sinif və instruksiya otağı, Peşəyönümü və Karye­ra Planlaması Mərkəzi, inzibati və texniki otaqlar fəaliyyət göstərir. Mərkəzdə bu il ərzində 1000 nəfərin peşə hazırlığına cəlb olunması nəzərdə tutulub. 
Agentliyin və özəl tədris müəssisələ­rinin nümayəndələri Xankəndi şəhərində də olublar. Burada da işəgötürənlərin eh­tiyacları əsasında peşə hazırlığı kursları­nın təşkili imkanları ilə bağlı məlumat ve­rilib, infrastruktur və şəraitlə tanışlıq olub.
Zərifə HÜSEYNOVAXQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
88
25
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
37851
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24196
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
19116
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14870
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
13865
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11624
Helikopterin qalıqları tapılıb
11116
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7802
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6863
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6465
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5703
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5443
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4734
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4339
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3850
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3369
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3256
Abdullahianın cəsədi tapıldı - FOTO
2976
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2370