2024-cü ilin yanvar ayında Azərbaycan xaricdən 4 milyon 730 min ABŞ dolları dəyərində 19 min 827 ədəd paltaryuyan maşını idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2023-ci il ilin ilk ayı ilə müqayisədə dəyər ifadəsində 1 milyon 868 min dollar və ya 65,3%, həcm baxımından 5 min 625 ədəd və ya 39,9% çoxdur.
İdxal edilmiş paltaryuyanların çeşidləri isə aşağıdakı kimidir:
Paltaryuyan nmaşınlar | Sayı | Dəyəri (min dollar) | 1 ədəd paltaryuyanın qiyməti (dollar) | 1 ədəd paltaryuyanın qiyməti (manat) |
Tutumu 10 kq quru paltardan çox olmayan, tam avtomatik paltaryuyan maşınlar | 18 761 | 4 438 610 | 237 | 402 |
Tutumu 10 kq quru paltardan çox olmayan paltaryuyan maşınlar, mərkəzdənqaçma sıxma qurğuları ilə təchiz olunmuş
| 122 | 14030 | 115 | 196 |
Tutumu 10 kq quru paltardan çox olmayan digər paltaryuyan maşınlar | 515 | 50430 | 98 | 166 |
Tutumu 10 kq quru paltardan çox olan paltaryuyan maşınlar | 429 | 227010 | 529 | 900 |
2023-ci ilin yanvar ayında xaricdən 2 milyon 862 min dollar dəyərində 14 min 171 ədəd paltaryuyan maşını idxal edilib.
1 ədəd paltaryuyan maşının idxal qiyməti 2024-cü ilin ilk ayında 239 dollar (406 manat), 2023-ci ilin eyni dövründə 202 dollar (343 manat) təşkil edib. Qiymətlərdə son bir ildə 37 dollar, yəni 62 manat (18,1%) bahlaşma baş verib.