Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Birləşmiş Millətlər Təşkilatının (BMT) Rusiya hərbçilərinin Ukraynada işgəncələrə məruz qalması ilə bağlı hesabatını şərh edib.
Herbiand.az bu barədə RİA Novosti-yə istinadən bildirir.
“Əlbəttə, biz bu cinayətlərin arxasında duranların layiqli cəzalarını alması üçün səy göstərəcəyik”, - Kreml sözçüsü deyib.
Fevralın 27-də BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi ötən ilin dekabr ayından 2024-cü ilin fevral ayına qədər Rusiyadan olan hərbi əsirlərin Ukrayna tərəfindən işgəncələrə məruz qalması ilə bağlı hesabat dərc edib.
BMT-nin hesabatında həmçinin 2022 və 2023-cü illərdə ədalətli mühakimə və lazımi araşdırma olmadan “ən azı 25 rusiyalı hərbçinin döyüş meydanından kənarda edamları” barədə məlumatlar da yer alıb.
Bəxtiyar CƏFƏRLİ