- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта
Moldovalıların əksəriyyəti ölkənin NATO-ya daxil olmasına qarşıdır.
NOCOMMENT.az xəbər verir ki, bu, Date Inteligente (iData) tərəfindən aparılan sorğunun nəticəsidir.
Araşdırmaya görə, respondentlərin 56%-i Kişinyovun Şimali Atlantika Alyansına qoşulmasına qarşı çıxıb. 31,3% NATO-ya qoşulmağı dəstəkləyib.
Respondentlərin daha 12,7%-i cavab verməkdə çətinlik çəkib.
Bundan əvvəl Moldovanın keçmiş müdafiə naziri Vitali Marinuta bildirib ki, Kişinyov NATO-ya üzv olmağa hazırlığa indidən başlamalı, hakimiyyət öz qarşısına belə bir məqsəd qoymalıdır.