RU

Serbiya Azərbaycan-Aİ "yaşıl" dəhlizinin yaradılması təşəbbüsünü diqqətlə izləyir

Bakı. Trend:

Serbiya Azərbaycan-Aİ "yaşıl" dəhlizinin yaradılması təşəbbüsünüdiqqətlə izləyir.

Bu barədə Trend-ə Serbiya Respublikasının Dağ-Mədən SənayesiNazirliyindəki mənbədən bildiriblər.

"Serbiya ötən il Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanarasında Qara dənizin dibi ilə yeni sualtı kabel vasitəsilə Avropaİttifaqına "yaşıl" enerjinin tədarükü haqqında imzalanmış sazişkimi regionda bazarların qarşılıqlı fəaliyyətininyaxşılaşdırılmasına və enerji təhlükəsizliyinin artmasına imkanyarada biləcək bütün təşəbbüsləri diqqətlə izləyir", - deyəidarədən bildiriblər.

Mənbə qeyd edib ki, "yaşıl" enerji sahəsində əməkdaşlıq,həmçinin, "təmiz" enerjiyə keçid prosesində əməkdaşlıq, o cümlədən,bərpa olunan enerji mənbələrinə (BEM) investisiyalar və enerjiinfrastrukturunun inkişafı üçün yeni imkanlar açır.

"Serbiya Aİ-nin karbon neytrallığının əldə edilməsi üzrəyanaşmasına ortaqdır. Strateji sənədlərin hazırlanması vəqanunvericilik bazasının təkmilləşdirilməsi yolu ilə BEM-dən yenienerji imkanlarının formalaşması üçün şəraitin yaradılması üzərindəçalışırıq ki, bu da gələcəkdə enerji müstəqilliyimizə və enerjitəhlükəsizliyimizə mühüm töhfə verəcək", - deyə agentliyin müsahibibildirib.

Mənbə qeyd edib ki, Serbiya, həmçinin, kifayət qədər bazayüklənməsinin təmin edilməsi üçün müxtəlif variantları, o cümlədən,keçid enerji mənbəyi qismində qazdan istifadə edən elektrikstansiyalarının tikintisi imkanını araşdırır.

"Yeni istehsal imkanlarına investisiyalar və enerjisəmərəliliynin artırılmasına investisiyalarla yanaşı, tədarüklərintəhlükəsizliyinin artması, yeni BEM imkanlarının inteqrasiyası vəregionda elektrik enerjisi bazarının inkişafı üçün həllediciəhəmiyyət kəsb edən Trans-Balkan dəhlizi kimi layihələr vasitəsiləqonşu ölkələr istiqamətində elektrik ötürmə sistemlərinin inşasıəsas prioritetdir", - deyə mənbə əlavə edib.

Qeyd edək ki, 17 dekabr 2022-ci il tarixində Azərbaycan,Gürcüstan, Rumıniya və Macarıstan arasında Qafqaz regionundanAvropaya enerji körpüsünün inşasını nəzərdə tutan sazişimzalanıb.

Əldə olunan saziş çərçivəsində 1195 kilometr uzunluğunda 1000meqavatt gücündə "Black Sea Energy" sualtı elektrik kabelinininşası gözlənilir. Kabel Azərbaycanda istehsal olunan "yaşıl"elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyayavə daha sonra Macarıstana və Avropanın yerdə qalan hissəsinə nəqliüçün nəzərdə tutulacaq. Bu, dörd qiqavatta qədər "yaşıl" enerjitədarükünü təşkil etməyə imkan verəcək.

X: @Lyaman_Zeyn

(Tərcümə: Rəna Əbdürəhmanova)

Избранный
35
50
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3982
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3672
Bu yol qovşağında təmir işləri aparılacaq
3184
Bakıda hoteldə yanğın başlayıb
2754
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1854
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1703
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1559
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1503
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1486
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1295
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1277
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1197
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1184
Azərbaycan nefti ucuzlaşıb
1004
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
992
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
983
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
956
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
948
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
893
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
866