"Barselona"nın yarımmüdafiəçisi Pedri komanda ilə məşqlərə başlayıb. Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, o, Çempionlar Liqasının PSJ-yə qarşı ilk oyununda meydana çıxa bilər. Qarşılaşma aprelin 16-da baş tutacaq. Pedri bu ayın əvvəlində bud əzələsindən zədə almışdı. tags tags