RU

Bakıda Belarus Kino Günlərinin açılışı olub

Aprelin 1-də Azərbaycanda keçirilən Belarus Mədəniyyət Günləri günləri çərçivəsində Bakıda Nizami Kino Mərkəzində Belarus Kino Günlərinin açılışı olub. Belarusun Azərbaycandakı səfirliyinin nümayəndələri, tanınmış kino, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbiri açıq elan edən Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu ölkəmizdə Belarus Mədəniyyəti Günlərinin keçirilməsinin əlamətdar hadisə olduğunu qeyd edib.O.Fikrətoğlu bildirib ki, Belarusun qədim slavyan ənənələri, dili, mədəni dəyərlərinin təqdimatı aprelin 3-dək azərbaycanlı tamaşaçılara kino dili ilə təqdim olunacaq. “Belarusfilm”in yüz ili əhatə edən ənənələri var və bu studiyada lentə alınan filmlər hər zaman böyük maraqla qarşılanıb. Onun sözlərinə görə, Azərbaycan filmlərinin də Belarusda bu formada təqdimi nəzərdə tutulub.Daha sonra "Belarusfilm" kinostudiyasının baş direktoru Yuri Aleksey çıxış edərək kino günləri ilə bağlı təəssüratlarını bölüşüb. Kino günlərində təqdim olunacaq filmlər haqqında məlumat verib: ”Azərbaycan tamaşaçılarına üçün dörd film gətirmişik - bunlardan ikisi bədii, ikisi isə sənədli filmdir. Biz öz köklərimizi, adət-ənənələrimizi, mədəniyyətimizi kino vasitəsilə göstərmək istəyirik. Əminəm ki, Azərbaycan tamaşaçıları buna maraq göstərəcək”,- deyə baş direktor qeyd edib. O, diqqətə çatdırıb ki, Azərbaycanla kino sahəsində əməkdaşlıq məsələləri də nəzərdə tutulub. Bununla bağlı rəhbərlik etdiyi qurumla Azərbaycan tərəfi arasında danışıqlar davam edir və gələcəkdə birgə əməkdaşlıqla bağlı saziş imzalanacaq. Y.Aleksey Belarus və Azərbaycan arasında mədəni əməkdaşlığın inkişafının vacibliyini qeyd edib.Çıxışlardan sonra "Лист ожидания" (“Gözləmə siyahısı”) dramının nümayişi baş tutub. 2023-cü ildə istehsal olunan filmin rejissoru A. Yefremovdur. Sonra Aleksandr Yefremovun kardioloqların taleyindən, onların mürəkkəb peşəsindən, məişət qayğılarından bəhs edən “Gözləmə siyahısı...” filmi təqdim olunub.Qeyd edək ki, Belarus Kino Günləri çərçivəsində aprelin 2-də saat 16:00-da Nizami Kino Mərkəzində Yevgeni Setkonun yandırılmış Belarus kəndlərindən bəhs edən “Perezvon” sənədli filminin nümayişi olacaq.  Saat 19:00-da isə İvan Pavlovun Böyük Vətən müharibəsi illərində Belarusun faşistlərdən azad edilməsində partiuzanların qəhrəmanlığından bəhjs edən "Yoxlama" bədii filmi nümayiş etdiriləcək.Aprelin 3-də saat 19.00-da Nizami Kino Mərkəzində İqor Bışnevin belarus bizonunun növlərinin dirçəldilməsi üçün uzun və zəhmətli işlərdən bəhs edən “Xilas edilmiş nəhəngin ölkəsi” sənədli filmi tamaşaçıların diqqətinə təqdim olunacaq.Mətləb Salahov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
249
2
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17357
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12478
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9955
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4118
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3704
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3177
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2987
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2577
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2210
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2100
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1563
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1092
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1013
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
980
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
968
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
954
Mayın ilk gününün havası açıqlanıb
873
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
777