RU

Bakıda evlərin qiyməti yenidən bahalaşacaq - Bu səbəbə görə...

2024-cü ilin I rübündə Azərbaycanda mənzil bazarında qiymətlər 2023-ci ilin son rübünə nisbətən, 8.1% bahalaşıb. Cari ilin I rübündə ilkin mənzil bazarında qiymətlər, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.5%, təkrar mənzil bazarında qiymətlər isə 8.1% artıb. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin I rübündə mənzil bazarında qiymət indeksi əvvəlki rüb ilə müqayisədə 2,2%, o cümlədən ilkin mənzil bazarı üzrə 3.1%, təkrar mənzil bazarı üzrə 2,2% bahalaşıb. Bəs bahalaşma tendensiyasının başlıca səbəbləri nədir? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, bahalaşmanın əsas səbəbi mənzil bazarında olan qıtlıqdır: 

“Bahalaşmanın əsas səbəbi daşınmaz əmlakların təklifində olan qıtlıqdır. Təkliflər tələbləri üstələmir və qiymətlər bahalaşdığı üçün ipoteka müraciətləri çoxalır. Tikinti şirkətləri tərəfindən də rəqabət az olduğu üçün onlar qiymətləri bazara uyğun olmayan tərzdə qaldırırlar. Əsas səbəb məhz budur. Yəni əgər bazarda rəqabət yüksək olarsa, təklif sayı tələbi üstələyərsə, bu həcmdə qiymət artımı müşahidə olunmaz”. 

Ekspert paralel olaraq, ipoteka kreditlərinə olan müraciətlərin artmasını da qeyd edib: 

“Son 2 ay ərzində ipotekaya müraciətlərin də sayı həddən artıq çoxalıb. İstehlakçılar və ipoteka götürən şəxslər də mənzillərlə bağlı təkliflərin həddən artıq az olmasından şikayət edirlər. Belə olan təqdirdə onlar məcbur qalıb üzdə olan əmlakları alırlar. Bu zaman böyük rəqəmlər üzərində deyil, kiçik rəqəmlər üzərindən sözləşmə gedir. Məsələn, kimsə 100 minlik daşınmaz əmlakı satırsa, qiymətdə çox cüzi endirim edir. Bu isə sırf tələbin yüksək səviyyədə olması ilə bağlıdır”. 

Nazim Hacıyev 


Telegram kanalımız
Избранный
67
50
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
17582
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
12555
Azərbaycanda 22 yaşlı tələbəni öldürməkdə şübhəli bilinən şəxsin görüntüləri yayıldı
11239
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
7739
May ayında Azərbaycana qar yağdı - VİDEO
7483
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
6884
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6814
Sabah 20 dərəcə isti olacaq
5803
Zaur Baxşəliyevin ailəsində xoş gün!
5609
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
5512
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
5457
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
5428
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
5386
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
5148
Bu yol qovşağında təmir işləri aparılacaq
5146
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
4605
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
4497
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
4493
Azərbaycan nefti ucuzlaşıb
4302
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
4221