RU

Qocalmamaq üçün milyonlar xərcləyir - Son nəticə təəccübləndirdi

Qocalmamaq üçün milyonlar xərcləyir - Son nəticə təəccübləndirdi

Biohaker kimi tanınan, 46 yaşlı Brayen Conson 2018-ci ildən bəri nə qədər dəyişdiyini göstərən fotolar yayımlayaraq hər kəsi şoka salıb.

Sonxeber.az xəbər verir ki, qocalmamaq üçün maraqlı üsullara əl atan və bununla da tez-tez dünya mətbuatında yer alan kaliforniyalı texnologiya maqnatı zəhmətinin bəhrəsini aldığını açıqlayıb.

O, 2018, 2023 və 2024-cü illərə aid üç fotosunu yan-yana paylaşaraq, "Hətta Face ID-nin də fikri qarışdı" deyə yazıb.

Gənc görünmək üçün ildə təxminən 2 milyon dollar xərcləyən Conson nəhayət beş yaş cavanlaşdığını iddia edir. Lakin hamı Consonla eyni fikirdə deyil. Onun sosial şəbəkədəki paylaşımına gələn şərhlərdə məşhur sahibkarın əvvəlkindən də xeyli yaşlı göründüyü bildirilir. "X"də istifadəçilər "2018-ci ildə daha cavan görünməyiniz qəribədir", "indi 55 yaşında görünürsən" tərzində şərhlər yazıblar. Ancaq buna baxmayaraq, texnologiya kralı cavanlaşmaq üçün istifadə etdiyi üsullardan əl çəkməyi düşünümr.

Daha öncə də Conson 17 yaşlı oğlu ilə qan mübadiləsinə görə sərt tənqid hədəfinə çevrilmişdi. O, artıq anonim donordan plazma qəbul edir.

Conson qidalanma və yuxu rejiminə də sərt nəzarət edir. Bunun üçün ona 30 həkim və sağlamlıq ekspertlərindən ibarət bir qrup kömək edir.

Conson daha çox yatmaq üçün ən yaxşı 10 məsləhətini də açıqlayıb. O, axşam yeməyini erkən yeməyin və ideal temperaturda dincəlməyin yuxusuna necə kömək etdiyini izah edib. Conson, istirahətin onun üçün prioritet olduğunu diqqətə çatdırıb. O, ikinci addım olaraq müntəzəm yuxu vaxtına malik olmağın vacibliyini vurğulayıb.

"Çünki bədəninizə hər gün hansı saatda yatdığınızı söyləyirsiniz", - biohaker deyib.

Üçüncü ipucu isə yatmağa hazırlaşmağa kömək edən rituallardır:

"Ritual yaratmağı, kitab oxumağı, gəzintiyə çıxmağı, zövq aldığın bir hobbi ilə məşğul olmağı, ekranlardan və zehnini mənfiyə kökləyən hər şeydən uzaq durmağı, mübahisə etməməyi, çətin problemlərlə məşğul olmamağı tövsiyə edirəm".

Conson işığın da bu nöqtədə əhəmiyyətli olduğuna diqqət çəkib:

"İşığı tənzimləyin. Kompüterdəki və telefondakı proqramla ekrandakı mavi işığı aradan qaldırın".

Nəhayət, o, yuxu zamanı ideal temperaturun zəruri olduğunu bildirib: "Nə çox isti, nə də çox soyuq olsun".

Conson 2020-ci ildə yaşlanmaya qarşı olduqca ciddi bir proqrama başladıqdan sonra hazırda 37 yaşlı bir insanın ürəyinə, 28 yaşlı dəriyə və 18 yaşlı bir gəncin əzələ sisteminə sahib olduğunu söyləyir. (Medicina.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
131
2
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
18719
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11915
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5375
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5291
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
4491
Rəisi öldü, Pakistanda matəm elan edildi
3754
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3308
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3231
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3034
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2800
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2671
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2636
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2377
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2276
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2026
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1930