- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта
Müğənni Türkan Vəlizadə proqramlardan birində maraqlı açıqlama verib.
Lent.az-ın xəbərinə görə, o ilk dəfə toyda oxumağı müğənni Rüfət Axundovdan öyrəndiyini bildirib.
“İlk dəfə Rüfətlə məclisə düşmüşəm. O mənə nəyi necə eləməyi öyrədib. Qalan heç kimin mənə oxumaq öyrətdiyini, ona borclu olduğumu deməyə haqqı yoxdur”, - müğənni bildirib.
“Rüfəti tanıyanda hələ heç kimi tanımırdım. Heç məni də kimsə tanımırdı. Aktyor Nicat Rəhimov məni ona təqdim elədi və mən Rüfətlə işləməyə başladım”, - Türkan qeyd edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.