RU

AMADA rəsmisi UEFA-nın tədbirində - FOTO

İsveçrənin Nyon şəhərində UEFA-nın antidopinq üzrə təhsil seminarı keçirilib.

İdman.biz xəbər verir ki, seminarda ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Təhsil şöbəsinin əməkdaşı Qüdrət Səfərov və AFFA-nın həkimi Olcay Bayramov təmsil ediblər.

Ümumdünya Antidopinq Agentliyi (WADA), Avropa Şurası, Milli Antidopinq Təşkilatları İnstitutu (iNADO), Beynəlxalq Test Agentliyi, futbol federasiyaları assosiasiyaları və milli antidopinq təşkilatlarından 100-dən çox nümayəndəni bir araya gətirən seminar təhsil vasitəsilə idmanda dürüstlüyün möhkəmləndirilməsinə qlobal öhdəlik nümayiş etdirib.

Seminar zamanı UEFA-nın Antidopinq departamentinin rəhbəri Mark Vuyyamoz antidopinq səylərinin əsası kimi təhsilin həlledici rolunu vurğulayıb. Tədbirdə UEFA-nın Təhsil modelləri ətraflı nəzərdən keçirilib və antidopinq təcrübəsinin daha da təkmilləşdirilməsi üçün bu təşəbbüslərin inkişaf etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
56
4
Источники
Комментарий ()
Закрывать