- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта
Bayden intihar etmək haqqında düşündüyünü etiraf edib:
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ prezidenti jurnalist Hovard Sternlə müsahibəsində danışıb.
O bildirib ki, birinci həyat yoldaşı və qızının 1972-ci ildə avtomobil qəzasında həlak olmasından sonra intihar etmək fikrinə düşüb.
“Mən həqiqətən gördüm ki, intihar etmək üçün dəli olmaq lazım deyil. Amma iki övladım yolumu kəsdi”, – Amerika lideri bildirib.
Qeyd edək ki, Ağ Evin birinci xanımı Neiliya və qızı Naomi 1972-ci ilin dekabrında avtomobil qəzasında həyatını itirib.
Burhan,
KONKRET.az
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.