RU

Mərakeş Kralı COP29-a dəvət olunub

Mərakeş

Bakı, 27 aprel, AZƏRTAC

Aprelin 26-da Azərbaycanın Mərakeş Krallığındakı səfiri Nazim Səmədov Mərakeşin xarici işlər, Afrika əməkdaşlığı və xaricdə yaşayan mərakeşlilər naziri Nasser Burita ilə görüşüb.

Azərbaycan Respublikasının Mərakeşdəki Səfirliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı 2024-cü ilin noyabrında ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin Mərakeş Kralı VI Məhəmmədə ünvanladığı dəvət məktubu N.Buritaya təqdim olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
105
10
Источники
Комментарий ()
Закрывать