RU

Kamaləddin Qafarov: “Azərbaycan COP29-u Cənubi Qafqazda sülh prosesinə kömək edə bilər”

Kamaləddin
“Cari ilin noyabr ayında Azərbaycanda növbəti dəfə dünyanın ən mötəbər və nüfuzlu beynəlxalq tədbirlərindən biri keçiriləcək. 2023-cü ilin dekabrında Azərbaycan yekdilliklə BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibliyi edəcək ölkə seçilmişdir. Əlbəttə ki, bu qərar ilk növbədə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsi, dövlətimizin malik olduğu güclü diplomatiyanın göstəricisi və ölkəmizin etibarlı tərəfdaş nüfuzunun daha bir təsdiqidir. Bununla yanaşı etiraf etmək lazımdır ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlarda uğurlu sədrlik təcrübəsi də dünya ölkələri tərəfindən belə bir məsuliyyətli qərarın qəbul olmasını şərtləndirən önəmli məqam kimi çıxış etmişdir”.
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib. Deputat bildirib ki, Prezident İlham Əliyevin ADA Universitetində aprel ayının 23-də keçirilmiş “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumun gedişində tədbir iştirakçılarının suallarını cavablandırarkən verdiyi açıqlamalar Cənubi Qafqazda gedən geosiyasi proseslərlə bağlı dünya ictimaiyyətinin obyektiv məlumatlandırılması baxımından böyük önəm kəsb edir.“İlk növbədə birmənalı olaraq demək lazımdır ki, Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu, etibarlı və arzuolunan tərəfdaş kimi dünya dövlətləri tərəfindən qəbul edilməsi faktı forumda aparılan müzakirələrdə, cənab Prezident İlham Əliyevə ünvanlanan suallarda açıq-aşkar əks olunmaqda idi. Bunu təsdiq edən növbəti məqamlardan biri Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olma ehtimalı ilə bağlı səsləndirilən sualda yer aldı. . Cənab Prezident bildirdi ki, dayanıqlı, daxili resurslara söykənən və şaxələndirilmiş iqtisadiyyata malik olan Azərbaycanı Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərlə qurduğu yaxşı ikitərəfli iqtisadi əlaqələr indiki vəziyyətdə tam qane edir. Azərbaycanın beynəlxalq təsisatlarda üzvlüklə bağlı atdığı bütün addımlar hər zaman praqmatizmə əsaslanıb.Təbii ki, təşkilata inteqrasiya ölkəmizə əlavə praktiki üstünlüklər vəd edərsə, bu zaman Azərbaycan bütün üstün və mənfi cəhətləri dəyərləndirib düzgün qərar qəbul edəcək.” K.Qafarov Cənubi Qafqazda sülh prosesi ilə bağlı mövzunun tədbir iştirakçılarının suallarında geniş yer aldığını və bunun dünyada regionumuza olan böyük marağın daha bir önəmli göstəricisi olduğunu vurğulayaraq deyib: “Cənab Prezident İlham Əliyev ona verilən növbəti sualı cavablandırarkən bir daha qeyd etdi ki, COP29 sülh prosesinin nəticəsidir və bu Konfransın mövzusu maliyyə olmasına baxmayaraq, Azərbaycan tədbirin ev sahibi kimi ona verilən hüquqdan yararlanaraq gündəliyə sülh məsələsini də əlavə edəcək. Qeyd olundu ki, ölkəmizin COP29-a ev sahibliyi etməsilə bağlı Ermənistanın vetosunu aradan qaldırması və bunun qarşılığında Azərbaycan tərəfindən atılan addımlar iki ölkə arasında etimadın yaranmasına zəmin yaratmış oldu. Bu hal Azərbaycan və Ermənistanın heç də hər dəfə hər müstəvidə bir-birilərinə qarşı addım atmalı olmadıqlarını nümayiş etdirir. Beləliklə, Azərbaycan COP29-u həm də Cənubi Qafqazda sülh prosesini sürətləndirmək imkanı baxımından dəyərləndirəcək.”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
84
10
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23433
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
16535
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
16505
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14590
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11463
Helikopterin qalıqları tapılıb
10012
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7307
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6711
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5516
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5374
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5334
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4210
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4178
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3672
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2934
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2176
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
1891
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1846
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1741