RU

Yazıçı: “Aytmatov bizə klassiklərimiz qədər doğmadır...”

“Qırğız ədəbiyyatı və mədəniyyətinin ən yaxşı nümunələri Azərbaycanda təbliğ olunur. Çingiz Aytmatovun demək olar ki, bütün əsərləri Azərbaycan dilinə tərcümə olunub”.

Bunu Bakupost.az -a açıqlamasında yazıçı Nəriman Əbdülrəhmanlı deyib.

O, Çingiz Aytmatovun yaradıcılığına göstərilən diqqətin iki qardaş ölkənin münasibətlərinə müsbət təsir etdiyini bildirib:

“Mən onun sonuncu “Dağlar yıxılanda” romanını, “Üz-üzə” povestini və hekayələrini tərcümə etmişəm. Bu kitablar Qırğıstanın Bakıdakı səfirliyinin dəstəyi ilə çapdan çıxdı və dekabrda Çingiz Aytmatovun 95 illik yubiley tədbirində təqdim olundu. Buna görə də Qırğız Respublikası Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyinin “Əməkdar mədəniyyət işçisi” adına layiq görüldüm. Azərbaycanda keçirilən Qırğız Mədəniyyət Günləri də iki qardaş ölkənin əlaqələrinin məntiqi davamıdır. Çingiz Aytmatovun Bakıda heykəlinin açılışı da bu tədbirlər çərçivəsində baş tutdu. O, bizə öz klassiklərimiz qədər doğmadır. Sağlığında Bakıda onun 60 və 80 illik yubileyləri keçirilib. Həmin tədbirlərdə mən də iştirak etmişəm. Heykəlin açılışında da hər iki prezidentlə səmimi söhbətimiz oldu.Bundan sonra Qırğısıtan və Azərbaycan mədəni əlaqələri daha da inkişaf edəcək. Bunun üçün bir sıra təkliflər də irəli sürüldü. Belə güman edirəm ki, Bakıda Qırğız Mədəniyyəti Günlərinin keçirilməsi mədəni əlaqələrin inkişafına böyük təsir göstərəcək. Yəqin ki, qarşıdakı aylarda Qırğızıstanda da Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi nəzərdə tutulub. İki qardaş respublikanın, mədəniyyət, incəsənət, ədəbiyyat xadimlərinin tez-tez təmasda olması, ümumi ortaq nöqtə tapması çox müsbət bir hadisədir. Ümid edirəm ki, bu yaxın gələcəkdə öz bəhrəsini verəcək”.

Vasif Əlihüseyn
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
16
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
19473
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
13285
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10511
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
5054
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
5008
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3718
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3455
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2896
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2598
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2246
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1705
Azərbaycan nefti ucuzlaşdı
1207
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1087
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1054
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
1037
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1025
Mayın ilk gününün havası açıqlanıb
981
Arda dubl etdi - VİDEO
866
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
834