RU

Qvardiola Fodeni, o isə De Bröyneni ən yaxşı adlandırdı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola bu mövsüm İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusunun kim ola biləcəyi haqda danışıb.

Arena.az ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Məncə, Premyer Liqada mövsümün ən yaxşı oyunçusu kimdir? Fil Foden! Mütləq onu seçirəm! O, yaxşı qərarlar verir və qol vurmaq üçün həmişə yaxşı formadadır. Düşünürəm ki, o, çempionluğu hamıdan çox qazanmaq istəyən biridir və bu, çox şey deyir”, deyə Qvardiola vurğulayıb.

“Mançester Siti”nin yarımmüdafiəçisi olan Filip Foden özü isə komanda yoldaşı Kevin De Bröyneni İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu elan edib.

Fodenin bu barədə fikirlərini təqdim edirik: “Düşünürəm ki, Kevin oynadığı zaman Premyer Liqanın ən yaxşı oyunçusudur. Onunla oynamaq çox xoşdur. Ümidvaram ki, bu, daha tez-tez baş verəcək”.

Xatırladaq ki, Filip Foden “Mançester Siti”nin yetirməsidir. İngilis vinger “şəhərlilər”in əsas komandasında 2016-cı ildən çıxış edir. Fodenin “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Fil “şəhərlilər”in heyətində bütün yarışlarda 48 oyuna çıxıb, 24 qol vurub, 10 məhsuldar ötürmə verib. Fodenin “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belə təsvir yaradır: 265 oyun, 84 qol, 51 məhsuldar ötürmə.

Fodenin qənimətlər muzeyində “Mançester Siti” ilə qazandığı 16 kubok var. Bunlara İngiltərə Premyer Liqası (5 dəfə), İngiltərə Kuboku (2 dəfə), İngiltərə Liqa Kuboku (4 dəfə), İngiltərə Super Kuboku (2 dəfə), Çempionlar Liqası, UEFA Super Kuboku, FIFA Klub Dünya Kuboku daxildir.

Filip Foden 2020-ci ilin sentyabr ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 33 oyuna çıxıb. O, bu oyunlarda rəqib qapılarından 4 top keçirib, həmçinin 8 məhsuldar ötürmə ilə fərqlənib. Foden İngiltərənin U-17 yığması ilə 2017-ci ildə keçirilmiş dünya çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı ingilis vingerin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
106
2
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
24844
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23631
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
17424
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14651
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11532
Helikopterin qalıqları tapılıb
10325
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7461
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6831
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
5989
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5731
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5499
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5335
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4302
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4235
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3729
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3098
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
2317
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2232
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1916