RU

Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub

Bakı, 27 aprel, AZƏRTAC

Aprelin 27-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilib.

Komitədən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə qurumun rəhbər şəxsləri, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın Rayon İcra Hakimiyyətinin və Dövlət Komitəsi yanında İctimai Şuranın nümayəndələri iştirak ediblər.

Bildirilib ki, Sus kəndində yeni inşa edilmiş fərdi evlər indiyədək müvəqqəti məskunlaşma yerlərində yaşayan və həmin kənddə daimi qeydiyyatda olan məcburi köçkünlərə verilir. Püşkatma 59 ailə arasında keçirilib. Ailə tərkibinə uyğun olaraq, onlardan 13-ü ikiotaqlı, 28-i üçotaqlı, 14-ü dördotaqlı, 4-ü isə beşotaqlı fərdi evə köçürüləcək.

Tezliklə daimi yaşayış üçün doğma yurda qayıdacaq suslular çox böyük sevinc hissi keçirdiklərini, işğaldan azad olunmuş ərazilərdə yaradılan şəraitə və onlara göstərilən qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Püşkatmada iştirak etmiş ailələrin yaxın günlərdə Laçın rayonunun Sus kəndinə yola salınmasına başlanacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
65
16
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
19417
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
13269
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10500
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
4992
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4992
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3701
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3435
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2891
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2590
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2233
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1703
Azərbaycan nefti ucuzlaşdı
1204
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1079
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1054
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
1033
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1025
Mayın ilk gününün havası açıqlanıb
973
Arda dubl etdi - VİDEO
862
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
830