RU

Aksiyaya qoşulan hərbçilər müraciət yaydı: Bağışlayın!

Ötən gün etiraz aksiyası keçirən Kirants sakinlərinə qoşulan müqaviləli hərbçilər videomüraciət yayaraq, baş verənlərdən təəssüfləndiklərini bildiriblər.

Axar.az xəbər verir ki, videonu Ermənistan İstintaq Komitəsi yayıb.

“Hörmətli vətəndaşlar, mən Asatur Çobanyan əsgər yoldaşlarımla birlikdə Kirants kəndinə getdik, orada bizi jurnalistlər və nümayişçilər qarşıladılar və elə təqdim etdilər ki, guya biz hərbçilər nümayişçilərə qoşulmuşuq. Nəzərinizə çatdırıram ki, bütün bunlar yalandır. Biz ora tələsik getdik, buna görə təəssüflənirik və bütün bunları siyasiləşdirməməyinizi xahiş edirik. Biz əsgərik və bizə tapşırılan tapşırıqları yerinə yetirməliyik”, - müraciətdə bildirilib.

Öz növbəsində, İcevan hərbi hissəsinin əsgəri Feliks Baqumyan deyib:

“Bizim bu etirazçılarla heç bir əlaqəmiz yoxdur, siyasi baxışımız yoxdur, bizim orda görünməyimiz sırf təsadüfdür, buna görə təəssüflənirik, sizdən üzr istəyirik və bütün bunları siyasiləşdirməməyi xahiş edirik”.

Qeyd edək ki, dünən bir qrup hərbi qulluqçu Kirantsa gedərək etirazçılara qoşulub, lakin daha sonra Ermənistan Müdafiə Nazirliyi ordunun siyasi proseslərə cəlb edilməsinə yönələn hər hansı cəhdə adekvat hüquqi qiymət veriləcəyini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
15
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22934
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14415
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13876
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11347
Helikopterin qalıqları tapılıb
8863
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7964
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6971
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6663
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5173
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4729
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4091
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3994
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3827
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3541
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2802
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2069
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1617
Azərbaycan nefti ucuzlaşdı
1613
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1486
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1351