RU

Şəkidə Sahibkarlar Gününə həsr olunmuş tədbir keçirilib

Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 25 aprel-Sahibkarlar gününə həsr olunmuş tədbir keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə şəhər rəhbərliyi, sahibkarlar, investorlar, dövlət qurumlarının və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib. Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra İqtisadiyyat Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə hazırladığı “25 aprel-Sahibkarlar günüdür” adlı qısa film nümayiş etdirilib.

Rayonda fəaliyyət göstərən bütün sahibkarları “Sahibkarlar günü” münasibətilə təbrik edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verdiyini bildirib.

İcra başçısı qeyd edib ki, Şəki rayonunun iqtisadi inkişafının təmin olunması, burada biznes mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunda xüsusi çəkiyə malik olan kənd təsərrüfatı və turizmin inkişaf etdirilməsi məqsədilə lazımi şərait yaradılmaqla rayona investorlar cəlb olunur. Özəl investisiyanın rayona cəlb olunması müxtəlif sahələrin inkişaf etdirilməsi ilə yanaşı əhalinin məşğulluğunun təmin edilməsi baxımından da mühüm rol oynayır.

Rayonda böyük investisiya layihələri çərçivəsində müasir texnologiya əsasında istehsal və emal müəssisələri yaradılıb, kommunikasiya xidmətləri gücləndirilib, sürətli internet avadanlıqları quraşdırılıb, turizm obyektləri və yeni çoxmərtəbəli yaşayış binalarının tikintisinə başlanılıb.   

Tədbirdə həmçinin Şəki şəhər İcra  Hakimiyyətinin  başçısının  müavini- Sosial- iqtisadi  inkişafın  təhlili  və  proqnozlaşdırılması şöbəsinin müdiri Elman  İmamverdiyev,  “Kapital Bank” ASC-nin Şəki rayon filialının müdiri Səbuhi Muxtarov və  Şəki-Zaqatala Məşğulluq Filialının direktoru çıxış ediblər.
   
Eyni zamanda tədbirdə Şəki rayonu ərazisində səmərəli fəaliyyət göstərən bir sıra sahibkarlar 25 aprel - “Sahibkarlar günü” münasibətilə Şəki Şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif ediliblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
25964
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23657
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
17548
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14652
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11545
Helikopterin qalıqları tapılıb
10397
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7494
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6835
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
6596
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5844
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5514
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5338
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4331
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4236
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3736
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3124
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
2380
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2241
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1922