RU

Züleyxa Rəhimi vəfat etdi

Bir zamanların məşhur müğənnisi Züleyxa Rəhimi vəfat edib.

OLAY-ın əldə etdiyi məlumata görə, sənətçi bu gün dünyasını dəyişib. O, qaraciyət xərçəngindən əziyyət çəkirdi.

Qeyd edək ki, Züleyxa Rəhimi 1937-ci ildə anadan olub. 13 yaşında Suraxanıda yerləşən mədəniyyət evində solist olub. 1969-cü ildə Asəf Zeynallı adına musiqi məktəbində təhsil alıb. Təhsilini bitirdikdən sonra ailə həyatı qurub. Oğlunun 2 yaşı olanda, o, həyat yoldaşından boşanıb.

Rəhimi “Qubanın ağ alması”, “Gəlmə gəlmə” kimi mahnılarıyla məşhurdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
272
1
Источники
Комментарий ()
Закрывать