RU

Sabiq İrəvan merinin partiyası qurultay keçirdi: Problemləri həll etməyin vaxtı çatıb

Ermənistanın paytaxtı İrəvanın keçmiş meri Hayk Marutyanın sədri olduğu “Yeni Qüvvə” Partiyası ilk qurultayını keçirib.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Marutyan qurultayda çıxış edib.

 

"Etiraz dalğasına xalqdan gələrsə və heç bir siyasi qüvvənin təşəbbüsü olmasa, rəhbərlik etməyə hazırıq. Ölkənin üzləşdiyi problemləri birlikdə həll etməyin vaxtı çatıb, xüsusən də Ermənistanın insan resursları çox az olduğundan”, - o qeyd edib.

 

Xatırladaq ki, Hayk Marutyan əvvəllər baş nazir Nikol Paşinyana sadiq kadrlardan olsa da, sonradan müstəqil siyasi təşkilat yaradaraq müxalifətə keçib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
16
modern.az

1Источники