RU

Rafael Nadal Madriddə son oyununu keçirib

Rafael Nadal İspaniyanın Madrid şəhərində keçirilən \"Masters” kateqoriyalı turnirin 1/8 final mərhələsində məğlub olduqdan sonra azarkeşləri ilə vidalaşıb.

Məlumata görə, raketka ustası gənc tennisçi İrji Leqeçkaya iki setdə 7:5, 6:4 hesablı məğlubiyyətindən sonra fanatları ilə sağollaşıb.

Dünyanın keçmiş birinci raketkası 2008, 2010, 2013, 2014 və 2017-ci illərdə Madriddə əldə etdiyi qələbələri göstərən pankart açaraq, gələn il buraya özü də azarkeş kimi gələcəyini vəd edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
46
azxeber.com

1Источники