RU

BƏƏ-nin qurucularından olan Şeyx Təhnun bin Məhəmməd Əl Nəhyan vəfat edib



Birləşmiş Ərəb Əmirliklərinin yaradılmasında iştirak edən Dubay Əmirliyinin Əl-Ayn valisi Şeyx Təhnun bin Məhəmməd Əl Nəhyanın dünyasını dəyişdiyi açıqlanıb.

BƏƏ-nin qurucularından olan Şeyx Təhnun bin Məhəmməd Əl Nəhyan vəfat edib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xəbər agentliyi WAM tərəfindən verilən açıqlamada, BƏƏ prezidenti Şeyx Xəlifə bin Zayed Əl Nəhyanın əmisi və Əl-Ayn valisi Şeyx Təhnun bin Məhəmmədin vəfatından "kədərləndiyi" bildirilib.

Şeyx Təhnun bin Məhəmmədin vəfatından sonra ölkədə bayraqlar yarıya endirilib, 7 günlük matəm elan edilib.

Qeyd olunub ki, Şeyx Təhnun bin Məhəmməd gənc yaşlarından BƏƏ-nin qurucusu Şeyx Zayed Bin Sultan Əl Nəhyanın yanında olub, təcrübə qazanıb.

Bildirilib ki, Şeyx Təhnun bin Məhəmməd 1971-ci ildə BƏƏ-nin yaradılması zamanı BƏƏ-nin qurucusu Əl Nəhyanla birgə çalışıb.

Bildirilib ki, Şeyx Təhnun bin Məhəmməd BƏƏ-nin Kənd Təsərrüfatı Nazirliyinin və BƏƏ-nin neft və təbii qaz şirkəti ADNOC-un direktorudur.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
98
33
newscenter.az

10Источники