RU

"Bu cür turnirlərin keçirilməsi gənclərə də böyük təsir edir"

Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Fərid Mansurov akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatası haqda fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, yarışı izləyənlər arasında olan Mansurov jurnalistlərlə açıqlamasında bunları deyib:

"Burada olmaq qürurvericidir. Bu cür turnirlərin keçirilməsi gənclərə də böyük təsir edir. Fərqli yerlərdən gələn idmançılar Azərbaycanda Suqovuşan və Mingəçevir kimi gözəl yerlər olduğunu görürlər. Bununla bağlı təbliğat işləri də aparılır".

"Prezident Kuboku 2024" reqatasına sabah yekun vurulacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
50
futbolpress.az

1Источники