4-5 may tarixlərində Özbəkistanın Daşkənd şəhərində yeniyetmələr arasında Aşihara karate üzrə Asia Çempionatı keçirilib.
"AzPolitika"nın məlumatına görə, Azərbaycan yığma komandası yarışa 5 idmançıyla qoşulub.
Asiya çempionatlığında 1-ci yerin qalibi 258 nömrəli məktəbin 7-ci sinif şagirdi Babayev Yusif Namiq oğlu olub.
İbrahimov İslam Hilal oğlu 2-ci yeri qazanıb.
3-cü yerə Xasiyev Cavadxan Elçin oğlu layiq görülüb.
Ağayev Əkbər Rövşən oğlu isə yarışın texnikalı döyüşçüsü kimi fərqlənib.