RU

“Google” yeni Pixel 8a smartfonunu təqdim edib

Müəllif:Ayşən İmanova/Banco.az

“Google” daxili “Gemini” neyron şəbəkəsi olan Pixel 8a smartfonunu təqdim edib.

Banco.az xəbər verir ki, cihaz dairəvi kənarları, alüminium çərçivəsi və tutqun arxa qapağı olan yenilənmiş dizayna malikdir. Pixel 8a-nın ekran ölçüsü 6.1 düym təşkil edir, yeniləmə tezliyi 120 Hz-ə qədər artırılıb və maksimum parlaqlıq 2000 nit-ə çatır. Cihazın qiyməti 499 dollar təşkil edir. 

Eyni zamanda, cihaz Tensor G3 prosessoru , 8 GB RAM və 4500 mAh batareya ilə 128/256 GB daxili yaddaşla təchiz edilmişdir.

Smartfonun əsas xüsusiyyəti əvvəlcədən quraşdırılmış “Gemini Nano” neyron şəbəkəsidir. Süni intellekt həmçinin fotoşəkildə vurğulanan obyektin axtarışını, səs emojisini, jestlərdən və digər funksiyalardan istifadə edərək məlumat axtarmağı dəstəkləyir.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
136
banco.az

1Источники