RU

BMT 25 May-ı Ümumdünya Futbol Günü elan etdi

BMT-nin Baş Assambleyası may ayının 25-i tarixini Ümumdünya Futbol Günü kimi tanıyan müvafiq qətnamə qəbul edib.

Arena.az məlumat verir ki, bu barədə beynəlxalq təşkilatın mətbuat xidməti məlumat yayıb.

Açıqlandığı kimi, 25 May Ümumdünya Futbol Günü kimi seçilib, çünki 2024-cü ilin müvafiq tarixində, bütün bölgələrdən nümayəndələrin iştirak etdiyi ilk beynəlxalq futbol yarışının keçirilməsinin 100 ili tamam olacaq. Bu futbol yarışı 1924-cü ildə VIII Paris Yay Olimpiya Oyunları çərçivəsində baş tutub. Yarışın qalibi isə Uruqvay yığması olub.

Vurğulayaq ki, Uruqvayda yığma komandanın bu uğuru bu gün də dünya çempionluğuna bərabər tutulur. Məhz bu səbəbdən Uruqvay Futbol Assosiasiyası (AUF) loqosunda 4 ulduz təsvir ediib: Olimpiya futbol yarışlardındakı iki zəfər (1924, 1928), həmçinin DÇ-1930 və DÇ-1950-dəki iki qalibiyyət.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
64
arena.az

1Источники