RU

Sabah Şəriəti: “Parisə 2-ci medal üçün gedirəm”

İstanbulda Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan yunan-Roma güləşçimiz Sabah Şəriəti (130 kq) Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

İdman.biz xəbər verir ki, Rio-2016 Olimpiadasının bürünc mükafatçısı Parisdə də medal qazanmaq arzusunda olduğunu deyib.

- Qələbə təəssüratları bölüşərdin...

- Bu gün uğurlu çıxış etdim. Özümü sübut edib, lisenziya qazandım. Buna görə, çox şadam.

- Rəqiblərin barədə nə deyə bilərsən? Ən çətin görüşün hansı oldu?
- Litvalı rəqiblə görüşü qeyd edə bilərəm. Dünya və Avropa çempionatlarının mükafatçısı idi. Ona qalib gəlməyi bacardım.

- İkinci dəfə Olimpiadada iştirak edəcəksən. Hədəfin nə olacaq?
- Artıq Olimpiya Oyunları təcrübəm var və medal qazanmışam. Parisə 2-ci medal üçün gedirəm. Bu, mənim son Olimpiadam olacaq. Bütün gücümü ortaya qoyub, fəxri kürsüdə yer almağa çalışacam.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
137
idman.biz

1Источники