Milasda Atatürkçü Düşüncə Dərnəyinin təşkil etdiyi Cümhuriyyət yığıncağında Atatürkə oxşarığı ilə diqqət çəkən və masaları dolaşan Necdət Bardakın 1 saata qazandığı pul müzakirələrə səbəb olub.
Tribunainfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, 1 saat masalara yaxınlaşan Bardak 10-25 min lirə arası qazanıb.
“Qarşımda heç bir qanuni maneə yoxdur, buna davam edəcəm” – deyə o bildirib.
Xatırladaq ki, Atatürkə bənzəyən digər şəxs – sosial media fenomeni Serdar Görel də 29 oktyabrda sosial mediada açdığı canlı yayım və topladığı ianələrlə gündəm olmuşdu.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta